RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda Mülki Müdafiə Qərargahı seminar keçirib

[25.06.2026]

25 iyun 2026-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də Mülki Müdafiə Qərargahının təşkilatçığı ilə “Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi”nə həsr olunmuş “Fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanması” mövzusunda təlim-seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Nəzər oğlu Abdullayev açıb. Dursun Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd institut əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar zamanı təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.

Daha sonra əməkdaşlara mülki müdafiə tədbirləri ilə əlaqədar maarifləndirici video təqdimat göstərilib.

Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.