RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda strateji inkişaf və qrant imkanlarına həsr olunmuş təlim-seminar keçirilib

[08.07.2026]

8 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də Beynəlxalq Əməkdaşlıq Sektoru "Strateji məqsədlərə nail olmanın yol xəritəsi, elmi qrant və fond resursları haqqında məlumat" mövzusunda təlim-seminar keçirib.

Seminarı giriş sözü ilə açan Beynəlxalq Əməkdaşlıq Sektorunun müdiri Kubə Mehdiyeva iştirakçıları salamlayaraq bildirib ki, müasir dövrdə elmi fəaliyyətin uğurla inkişafı yalnız keyfiyyətli tədqiqatlarla deyil, həm də strateji planlaşdırma, qrant imkanlarından səmərəli istifadə və beynəlxalq fondlarla əməkdaşlıq bacarıqları ilə sıx bağlıdır. O, keçirilən təlim-seminarın hər bir tədqiqatçı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra sektorun baş mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov və mütəxəssis Aynur Rəsulova təqdimatla çıxış edərək institutun 2026–2028-ci illər üzrə strateji inkişaf istiqamətləri, strateji məqsədlərə nail olunması üçün yol xəritəsinin əsas mərhələləri, elmin kommersiyalaşdırılması və elmi nəticələrin tətbiqi mexanizmləri, qrant layihələrinin hazırlanması prinsipləri, beynəlxalq və yerli qrant proqramları, fond resursları, tərəfdaşlıq imkanları və elmi layihələrin maliyyələşdirilməsi istiqamətində mövcud imkanlar barədə iştirakçıları ətraflı məlumatlandırıblar. Təqdimat zamanı həmçinin institusional potensialın gücləndirilməsi, məlumat bazasının formalaşdırılması, strateji fəaliyyətlərin təhlili və gələcək fəaliyyət istiqamətləri ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, qrant layihələrinin hazırlanması, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və strateji inkişaf istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.