İçindəki
Xəbərlər
Fizika İnstitutunda Ümumdünya Kvant Gününə həsr olunmuş elmi seminar keçirilib
15 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də Ümumdünya Kvant Günü münasibətilə elmi seminar təşkil olunub. Seminarı institutun elmi katibi f.ü.f.d. İbrahim Nuruyev açıb və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçiyə verib.
Seminarda Fizika İnstitutunun “Nəzəri fizika və kvant informatikası” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru Cəfərov Elçin İman oğlu “Asimmetrik GaAs kvant çüxürlarında işığın udulması” mövzusunda çıxış edib.
Alim çıxışında kvant fizikasının müasir elmdə tutduğu mövqedən, onun fundamental prinsiplərindən və sürətlə inkişaf edən tətbiq sahələrindən bəhs edib. O, xüsusilə kvant texnologiyalarının – kvant hesablama, kvant rabitə və kvant materialları kimi istiqamətlərin gələcəkdə sənaye və informasiya texnologiyalarına göstərəcəyi təsirləri diqqətə çatdırıb.
Ümumdünya Kvant Günü — kvant elminin və texnologiyalarının əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq məqsədilə hər il qeyd olunan beynəlxalq təşəbbüsdür. Qeyd edək ki, Ümumdünya Kvant Günü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və alim tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.













