RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

“Hərbi Konfliktlərin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində bölmə iclasları keçirilib

[12.09.2025]

10–11 sentyabr tarixlərində Azərbaycan Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “Hərbi Konfliktlərin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində bölmə iclasları keçirilib. 

İclaslarda Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Rusiya, Sudan və Böyük Britaniyadan olan mütəxəssislər və rəsmilər iştirak edərək münaqişə zonalarında ekoloji risklər, flora və faunaya təsirlər, su hövzələrinin çirklənməsi və müharibədən zərər çəkmiş ərazilərin reabilitasiyası kimi mövzuları ətraflı şəkildə təhlil ediblər.

Qeyd edək ki, sessiyalar peyk monitorinqi, mina partlayışlarının torpağa təsiri və alternativ enerji həlləri kimi praktiki yanaşmalarla yadda qalıb.

Mövzulara uyğun olaraq sual cavab sessiyası və müzakirə platformaları təşkil olunub. İştirakçılar təqdim olunan elmi nəticələr əsasında fikir mübadiləsi apararaq, gələcək əməkdaşlıq imkanlarını və ekoloji problemlərin həlli yollarını müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.