RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” konfransı çərçivəsində Qarabağa tur təşkil olunub

[16.09.2025]

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda keçirilən beynəlxalq konfransın proqramı çərçivəsində iştirakçılar üçün Qarabağ bölgəsinə tematik tur təşkil olunub. 

Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərini əhatə edən turda nümayəndə heyəti münaqişə nəticəsində yaranmış ekoloji fəsadları yerində müşahidə edib.

Səfər zamanı iştirakçılara minalanmış ərazilər, məhv edilmiş meşə sahələri və çirklənmiş su mənbələri barədə ətraflı məlumat verilib. Onlar həmçinin müharibənin infrastruktur sistemlərinə vurduğu zərərlərlə tanış olublar.

Azərbaycan hökumətinin bölgədə həyata keçirdiyi ekoloji reabilitasiya tədbirləri də konfrans iştirakçılarının diqqətində olub. Yaşıllaşdırma layihələri, tullantıların idarə olunması və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə təqdimatlar keçirilib.

Şuşada Gəncə qapısı meydanında Açıq hava toplantısında Konfransın bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, səfərdə Sudan, Ukrayna, Rusiya, Gürcüstan və qardaş Türkiyədən olan nümayəndələr də iştirak ediblər. Münaqişədən təsirlənmiş ölkələrin təmsilçiləri öz ekoloji problemləri və bərpa təcrübələri ilə bağlı fikir mübadiləsi apararaq, Qarabağda görülən işləri beynəlxalq kontekstdə qiymətləndiriblər.

Bildirək ki, bu təşəbbüsün əsas məqsədi münaqişədən sonrakı ərazilərdə ekoloji vəziyyətin obyektiv qiymətləndirilməsi və aparılan bərpa prosesləri ilə yerində tanışlıq olub. Səfər həmçinin ekoloji diplomatiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi baxımından mühüm addım kimi dəyərləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.