RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Qax rayonunda “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib

[29.09.2025]

Qax rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib. Toplantıda Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, laboratoriya rəhbəri dosent Hökmən Mahmudov və kiçik elmi işçi Şahin Hacıyev çıxış ediblər.

İ.Mustafayev Azərbaycan Respublikasının Konstitusiyasının qısa xarakteristikasını öz məruzəsində göstərərək, orada 2 maddənin: 39-cu və 78-ci maddələrin Ətraf mühitlə bağlı olduğunu qeyd edib. O, 39-cu maddədə vətəndaşların təmiz ətraf mühitdə yaşamaq hüququnun təsbit edildiyini, 78-ci maddədə isə bu sahədə onların vəzifələrinin qeyd olunduğunu bildirib.

Bununla bağlı olaraq, tədbirdə Azərbaycan Respublikasında Ekoloji qanunvericiliyin inkişafı, Siyasət sənədlərinin, o cümlədən Beynəlxalq Konvensiyalar və Razılaşmalar haqqında müzakirələr aparılıb. Ekoloji problemlərin prioritetlərindən sayılan İqlim dəyişmələrinə mitiqasiya və adaptasiya tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd olunub, bərpa olunan enerji növlərindən istifadənin yolları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.