RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

[26.09.2025]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev tədbiri giriş sözü ilə açaraq şəhidlərin qəhrəmanlığından, xalqın birliyindən və Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O, həmçinin institutun elmi və ictimai fəaliyyətində şəhidlərin xatirəsinin yaşadılması istiqamətində görülən işlərdən, eləcə də institutun əməkdaşlarının Vətən Müharibəsindəki iştirakından bəhs edib: 

“Suverenliyimiz daha da genişlənir — biz torpaqlarımızı ətraf mühitə zərər vermədən azad etdik. Bu, Vətənə olan sevgimizin və gələcəyə olan məsuliyyətimizin ifadəsidir”.

Daha sonra institutun icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edərək, əsgər və zabitlərimizin suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda nümayiş etdirdikləri şücaətlə bağlı qürur hissi keçirdiyini bildirib.

Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.