İçindəki
Xəbərlər
Radiasiya Problemləri İnstitutunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq Azərbaycanın müstəqillik tarixindən, bu yolda göstərilən fədakarlıqlardan və dövlətçilik ənənələrindən danışıb. O bildirib:
“Bu tarix ən şanlı səhifələrdən biridir – xalqımızın azadlıq uğrunda mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı ilə ölkəmizin müstəqilliyi rəsmən bərpa olunub”.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun icraçı direktoru Rəvan Mehdiyeva çıxış edərək 18 Oktyabr tarixinin Azərbaycan xalqı üçün həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda institut əməkdaşları bu əlamətdar gün münasibətilə öz təbriklərini və düşüncələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.








