İçindəki
Xəbərlər
İnstitutda “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş tədbir keçirilib
25.02.2026-cı il tarixində Radiasiya Problemləri İnstitutunda növbəti tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq ili” elan edilməsinə həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru Rəvan Mehdiyeva
tədbir iştirakçılarını Sərəncamla tanış etmiş və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının 2026-cı ilin may ayında Bakı şəhərində keçiriləcəyi haqda məlumat vermişdır. Yüksək beynəlxalq əhəmiyyətə malik bu mötəbər tədbirə ev sahibliyi edəcəyimizi və Forumun beynəlxalq nüfuzunu, ölkəmizdə keçiriləcəyinin əhəmiyyətini nəzərə alaraq institutumuzda müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığından danışmışdır. Sonra söz Memarlıq və İnşaat Universitetinin “Memarlıq layihələndirilməsi və şəhərsalma kafedra”sının müəllimi Kərimli Yeganə Sultan qızına verilmişdir. O, “Azərbaycanda dayanıqlı şəhərsalma və müasir memarlıq yanaşmaları” mövzuzunda məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda məruzəçi tədbir iştirakçılarinin çoxsaylı suallarını cavablandırmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.






