RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunun üç əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub

[06.11.2025]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə elm sahəsindəki xidmətlərinə görə Radiasiya Problemləri İnstitutunun (RPİ) üç əməkdaşı — AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru professor Rəhim Mədətov və “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Onların hər biri uzun illər ərzində elmin inkişafına verdikləri töhfələr, aparıcı tədqiqat işləri və gənc mütəxəssislərin yetişdirilməsindəki xidmətləri ilə tanınır.

Bu təltif AMEA-nın yubileyi çərçivəsində ölkənin elmi potensialının gücləndirilməsində mühüm rol oynayan alimlərin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Qeyd edək ki, “Əmək” ordeni Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi, mədəni və digər sahələrdəki nailiyyətlərinə görə fərqlənən şəxslərə təqdim olunur.

Radiasiya Problemləri İnstitutu kollektivi adından təltif olunan əməkdaşları təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.