RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

RPİ-də Elmi Şuranın növbəti iclası keçirilib

[26.09.2025]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun elmi və təşkilati fəaliyyətinə dair bir sıra mühüm məsələlər müzakirə olunub.

Tədbirdə institutun üç əməkdaşının – fizika üzrə fəlsəfə doktoru Günel İmanova, fizika elmləri doktoru Elçin Hüseynov və fizika elmləri doktoru Mətləb Mirzəyevin Stanford Universiteti və Elsevier nəşriyyatının birgə hazırladığı “Top 2% Scientists” siyahısına daxil edilməsi xüsusi vurğulanıb. İnstitutun baş direktoru, AMEA-nın baş direktoru İ. Mustafayev çıxış edərək əməkdaşları təbrik edib, onların elmi fəaliyyətini yüksək dəyərləndirib və bu nailiyyətin gənc tədqiqatçılar üçün ilhamverici nümunə olduğunu qeyd edib.

İclas çərçivəsində institutun 55 illik fəaliyyətini əhatə edən və elmi irsini sənədləşdirən kitabın təqdimatı da keçirilib. Nəşrdə institutun tarixi, əsas tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlıqları və elmi nailiyyətləri əks olunub.

Eyni zamanda, keçmiş Milli Nüvə Tədqiqatları Mərkəzinin doktorantlarının Radiasiya Problemləri İnstitutuna köçürülməsi məsələsi də gündəmə gətirilib və müzakirə olunub.

Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevanın dosent elmi adını almaq üçün Ali Attestasiya Komissiyasına sənədlərin göndərilməsinə dair səsvermə keçirilib. Qeyd edək ki, Elmi Şura üzvlərinin yekdil qərarı ilə sənədlərin göndərilməsi təsdiqlənib. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.