RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunun əməkdaşları 15-ci “Mobillik Qrantı” müsabiqəsinin qalibi olub

[21.10.2025]

Azərbaycan Elm Fondu tərəfindən elan edilən 15-ci “Mobillik Qrantı” müsabiqəsi uğurla başa çatıb. Bu mərhələdə Radiasiya Problemləri İnstitutunun üç əməkdaşı təqdim etdikləri layihələrlə “Azərbaycan Elm Fondu qrant müsabiqəsi”nin qalibi adını qazanıblar.

Fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova “Ətraf mühitdə (torpaq, su, çöküntü və s.) radioekoloji tədqiqatlar üçün nüvə analitik texnikaları” mövzusunda layihəsi ilə müsabiqədə iştirak edib və qrant qazanıb. Bu layihə çərçivəsində Ə.Mikayılova 1 ay müddətində Türkiyənin Ankara Universitetinin Nüvə Elmləri İnstitutunda elmi-tədqiqat təcrübəsi keçəcək.

İnstitutun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Rəxşanə Məmişova “CuTlS₂(Se₂) kristallarında fiziki xassələrə radiasiya defektlərinin struktur defektləri ilə qarşılıqlı təsir xüsusiyyətlərinin öyrənilməsi” adlı layihəsi ilə qrant qazanıb.  R.Məmişova 23 gün müddətində Ankarada Gazi Universitetinin Metalurgiya və Materiallar Mühəndisliyi bölməsində araşdırmalarını davam etdirəcək.

İnstitutun böyük laborantı Sənəm Vəliyeva isə “FTİR, UV və HPLC cihazları ilə polimer kompozitlərin analitik təhlili üzrə elmi təlim proqramı” layihəsi ilə seçilib. S.Vəliyeva 1 ay müddətində Sivas Cümhuriyyət Universitetində yerləşən Qabaqcıl Texnologiyalar Araşdırma və Tətbiq Mərkəzində elmi-tədqiqat təcrübəsi keçirəcək.

https://aef.gov.az/upload/Files/mob15-2025.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.