RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Əsas səhifə

[25.07.2025]

RPİ-nin əməkdaşları YTÜ-də elmi tədqiqat aparıblar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun “Polimerlərin Radiasiya Kimyası və Texnologiyası laboratoriyası”nın böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva və Heterogen prosesləri radiasiya kimyası laboratoriyası”nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Hacı Vahid Axundzadə 2025-ci ilin iyun-iyul aylarında 30 günlük elmi ezamiyyət çərçivəsində Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetində (YTÜ) elmi tədqiqat aparıblar. Ezamiyyət Azərbaycan Elm Fondunun elan etdiyi 14-cü “Mobillik qrantı” müsabiqəsi ...

[25.07.2025]

Radiasiya Problemləri İnstitutunun kimya elmləri doktoru Xaqani Məmməd...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun “Radiokimya və radioprotektorlar” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov xüsusi dəvətlə Çin Xalq Respublikasının Mühəndis İnformasiya İnstitutunun və Çin EA-nın birgə təşkil etdikləri Fiziki Kimya üzrə 18-21 iyul 2025-ci il tarixli 10-cu Beynəlxalq Konfransda (CPC2025) əsas plenar məruzəçilərindən biri qismində iştirak edib. Məruzə edilmiş “Participation of Natural Radionuclides in Chemical Processes in Green Vegetation” (Yaşıl bitkilərdəki kimyəvi proseslərdə təbii radionuklidlərin ...

[14.07.2025]

Radiasiya Problemləri İnstitutunda “Süni intellekt elmi tədqiqatlarda”...

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun (RPİ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev iştirakçıları salamlayaraq, fizika elmləri doktoru Nüşabə Hacıyevanın 75 illik yubileyi münasibətilə təbrik edib və uzun illər ərzində apardığı elmi-tədqiqat işləri ilə elmə verdiyi töhfələri xüsusi vurğulayıb. Ardınca İ. Mustafayev Zenfira İşgəndərovanın kimya elmlə...

[09.07.2025]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları TURAN25 beynəlxalq simp...

23-25 iyun 2025-ci il tarixləri arasında Türkiyənin İstanbul şəhərində, Yıldız Texniki Universitetində Fundamental Elmlər üzrə TURAN beynəlxalq simpoziumu (TURAN25) keçirilib. Qeyd edək ki, TURAN25 “Bir millət, iki dövlət” devizi altında  təşkil olunmuş, elm və təhsil işçiləri arasında əməkdaşlığı və akademik əlaqələri inkişaf etdirərək bütün türk dövlətlərindən hörmətli akademik və tədqiqatçıları bir araya gətirmək məqsədi daşıyır. Almaniya, Azərbaycan, Əlcəzair, Çin, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Rusiya və Türkiyənin 10 ölkəsindən 50-dən çox universitetin biologiya, fizik...

[07.07.2025]

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının Quba Qusar turu...

Radiasiya Problemləri İnstitutunun əməkdaşları İnstitutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 2 günlük Quba-Qusar səfərində iştirak ediblər. Səfərin məqsədi institut əməkdaşlarının istirahətini təmin etməklə yanaşı, bölgənin ekoloji mühiti və turizm potensialı ilə tanışlıq olub. Ekskursiya çərçivəsində əməkdaşlar Qubada Macara Lake Park, Mountain Breeze, Çənlibel və Qusarda Şahdağ istirahət mərkəzlərini ziyarət edərək bölgənin füsunkar təbiəti və turizm imkanları ilə tanış olublar. Ekskursiyalar əməkdaşlar arasında müsbət əhval-ruhiyyə yaradıb və sosial əlaqələrini möhkəmləndirib....

[27.05.2024]

BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmkarlar ! Sizi 28 May - Müstəqillik Günü münasibəti ilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın tərəqqisi, elmimizin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə,   İslam Mustafayev Azərbaycan Respublikası Elm və Təhsil NazirliyininRadiasiya Problemləri İnstitutun Baş direktoru,AMEA-nın müxbir üzvü, professor...

[27.05.2024]

İnstitutda “28 May-Müstəqillik Günü”nün 106-cı ilinə həsr olunmuş tədb...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 28 May-Müstəqillik Günündən, bu günün tarixi əhəmiyyətindən, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışmışdır. Daha sonra çıxış edən İnstitutun icraçı direktoru ƏPT-nin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva İnstitut həmkarlarını Müstəqillik Gününün 106-cı il...

[21.05.2024]

Radiasiya Problemləri İnstitutunda növbəti Elmi Seminar keçirilib

21 may 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda İnstitutun elmlər doktoru hazırlığı üzrə dissertantı Məmmədov Sahib Qiyas oğlunun “Mineral komponent əsaslı dozimetrik sistemlərin nəzəri və praktik əsaslarının işlənilməsi” mövzusunda məruzəsi dinlənilmişdir.

[16.05.2024]

Radiasiya Problemləri Institutu Özbəkistan Respublikasının Karşi Dövlə...

16 may 2024-cü il tarixində Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şurada Özbəkistan Respublikasının Karşi Dövlət Universiteti ilə təhsil və elmi-tədqiqat üzrə Əməkdaşlıq Müqaviləsi imzalanmışdır. Elmi Şuranın iclasında Karşi Universitetinin elm və tədris işləri üzrə prorektoru İlhom Bekpulatov və iqtisadiyyat üzrə prorektor Xurşud Corayev iştirak etmişdir. Karşi Universitetinin prorektoru İlhom Bekpulatov Universitet haqda geniş məruzə ilə çıxış etmiş və elmi şura üzvlərini universitetin elmi-tədqiqat istiqamətləri, laboratoriyaları, müəllim, tə...

[10.05.2024]

Radiasiya Problemləri İnstitutu AzMİU ilə birgə elmi seminar keçirib...

"Yaşıl dünya naminə həmrəylik" ilində Radiasiya Problemləri İnstitutu Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birlikdə Bakı şəhəri üzrə silsilə seminarlar təşkil edir. Seminarlarda Elmi-tədqiqat İnstitutları və Ali məktəb tələbələri iştirak edirlər. Mayın 10-da AzMİU-da "COP29" auditoriyasında "İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində radioekoloji risklərin qiymətləndirilməsi" mövzusunda Radiasiya Problemləri İnstitutunun Radioekologiya Laboratoriyasının müdiri və AzMİU-nun dosenti F.Hümbətov çıxış etmişdir. O, öz məruzəsində işğaldan azad olunmuş ərazilərə təşk...

[03.05.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçiril...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Elmi Şuranın iclasında daha sonra İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İİ Mustafayevin Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetində “PHYSICS – 2024” beynəlxalq forumunda və k.e.d. Xaqani Məmmədovun Çin Xalq Respublikasının Siamen şəhərində keçirilən “Fiziki Kimya” CPC-2024 9-cu beynəlxalq...

[07.05.2024]

Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbir...

Göygöl rayon İcra hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Gənclər evində Ulu Öndər H.Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Qocayev qeyd etdi ki, Prezident Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəfl...

[06.05.2024]

Radiasiya Problemləri Institutunun baş direktoru I.Mustafayev konfrans...

Azərbaycan Texnologiya Universitetində 6-7 may tarixlərində "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Azkarbonlu radiasiya texnologiyalarinin iqlim dəyişmələrinə qarşı mübarizədə tətbiqi” mövzusunda plenar məruzə etmişdir. Məruzədə qlobal iqlim dəyişmələrinə səbəb olan karbon-dioksid qazının emissiyalarının azaldılması üçün alternativ enerji mənbələrinin istifadə olunması üsullarından bəhs olunub. ...

[08.05.2024]

Ulu Öndər Heydər Əliyevin ətraf mühitin sağlamlaşdırılması siyasəti və...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP ƏPT təşkilatçılığı ilə birgə müasir dövlətçiliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Himninin ifası ilə başlayıb və Ulu Öndərin, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı olaraq tədbir həm də Azərbaycanın ekoloji siyasətinin formalaşmasında cəna...

[07.05.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı elmi tədbirdə məruzə ilə ç...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova Azərbaycan Kooperasiya Universitetində elmi tədbirdə məruzə ilə çıxış edib. Universitetin Marketinq və Menecment fakültəsinin dekanı i.ü.f.d. Eldəniz Məhərrəmovun təşkilatçılığı ilə Muzey, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan tələbələr üçün “Arxeoloji qazıntıdan laboratoriyaya: tarixi abidələrin mütləq yaş təyini” mövzusunda mühazirə təşkil olunub.